Bu dəfə stadion tam dolmadı - Fotolar

bu-defe-stadion-tam-dolmadi
Oxunma sayı: 11060

Bu gün “Qarabağ” UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşündə Finlandiyanın HİK klubu ilə matça çıxıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda “Qarabağ”la yanaşı digər iki klubumuzun da liqanın təsnifat  mərhələsində mübarizə aparması “Qarabağ”ın oyununda azarkeş sayına təsir edib.

Belə ki, bu dəfə tribunada bəzi yerlər boş olub.

“Qarabağ”ın UEFA Çempionlar Liqasında mübarizəni dayandırması da bəzi azarkeşlərin matça marağına təsir edib.