Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bu gün Mingəçevir Elektrik Şəbəkəsinin ərazisində 110/6 kV-luq yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində yenidənqurma işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 09:00-dan 12:00-dək Mingəçevir şəhəri Qarabağ kanal ərazisi, İncilli yaşayış massivi və Koroğlu küçəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Son xəbərlər
Son Xəbərlər