Bu gün Xankəndidə tarixi oyun keçiriləcək

bu-gun-xankendide-tarixi-oyun-kecirilecek
Oxunma sayı: 2411

Bu gün Azərbaycan kubokunda tarixi oyun keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, turnirin 1/8 final mərhələsində Ağdamın “Qarabağ” klubu MOİK-lə Xankəndi şəhərində qarşılaşacaq.

Şəhərin yenidən qurulmuş mərkəzi stadionunda baş tutacaq görüş saat 14:00-da başlayacaq.

Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilmiş hissəsində ilk rəsmi oyun olacaq. Sonuncu dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin mayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub. Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. Bu oyundan 2 ay sonra Ağdam işğal edilib.