“Bu, hələ başlanğıcdır, lakin hələlik hər şey yaxşı gedir”

bu-hele-baslangicdir-lakin-helelik-her-sey-yaxsi-gedir
Oxunma sayı: 3134

ABŞ Prezidenti Co Bayden İsrailin Həmasla girovların azad edilməsi prosesinə münasibət bildirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Bayden bu haqda ailəsi ilə birlikdə istirahət etdiyi Massaçusets sahillərindəki Nantucket adasında jurnalistlərlə danışıb.

“Bu səhər komandam və mən işə başladıq, bu müqavilənin həyata keçirilməsinin ilk çətin günləri başladı. Bu, hələ başlanğıcdır, lakin hələlik hər şey yaxşı gedir”, – ABŞ lideri Yaxın Şərqdəki vəziyyətlə bağlı danışarkən deyib.