İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar

isa-qember-yeniden-basqan-secildi
Oxunma sayı: 11366

Bu gün Müsavat Partiyasının XI qurultayı keçirilir.

“Qafqazinfo” xəbər verir ki, qurultayın keçirilməsində əsas məqsəd sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və partiyaya yeni başqanın seçilməsidir. 

Qeyd edək ki, İsa Qəmbər 10 il sonra yenidən namizədliyini irəli sürüb. Müsavat Partiyasının nizamnaməsinə əsasən, başqan ardıcıl 2 müddətdən artıq eyni vəzifəyə seçilə bilməz və buna görə də hazırkı başqan Arif Hacılı namizədliyini irəli sürməyib.

Daha əvvəl partiya başqanının müavini, Divan üzvü Osman Kazımov və partiyanın Səbail təşkilatının üzvü Natiq Mehdi də Müsavat başqanlığına namizədliklərini irəli sürsələr də, sonradan hər ikisi İsa Qəmbərin xeyrinə namizədliklərini geri götürüb.

Xatırladaq ki, İsa Qəmbər 1992-ci ildə Müsavat Partiyasının bərpa qurultayını keçirərək partiyanın başqanı seçilib. O, 1992-ci ildən 2014-cü ilədək partiyaya rəhbərlik edib. 2014-cü ildə isə başqanlıq seçkisində iştirak etməyərək partiyanın aparat rəhbəri Arif Hacılıya dəstək verib və onun başqan seçilməsində həlledici rol oynayıb.

***

İsa Qəmbər yenidən başqan postuna seçilib.

Qurultayda sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və yeni başqan seçkisi keçirilib.

Seçkidə 278 nəfər iştirak edib, onlardan 3 nəfər əleyhinə, 275 nəfər isə İsa Qəmbərin xeyrinə səs verib.

Zaur Mirzə

Fotolar: Pərvin Zeynal