Bu ilin yanvar-noyabr ayları ərzində fiziki şəxs olan istehlakçılara 140 milyon 288 min manat ƏDV geri qaytarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.
“Fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödənilmiş ƏDV-nin 140 milyon 288 min manatı geri qaytarılıb.
Ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 faizi, nağd ödənişlər üzrə isə 5 faizi müvəkkil bank tərəfindən istehlakçılara geri qaytarılır”, - Xidmətdən bildirilib.