“Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 39 müdir təyinatı olub”.
“Qafqazinfo” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında deyib.
O bildirib ki, həmçinin 282 tərbiyəçi-müəllim işə qəbul olunub: “Cari ildə 17 min tərbiyəçi-müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək”.
Eşqi Bağırov əlavə edib ki, monitorinqlər çərçivəsində 40-a yaxın müdir işdən çıxarılıb: “Eyni zamanda 200-ə yaxın məktəbəqədər təhsil müəssisəsinn müdirinə töhmət, şiddətli töhmət və xəbərdarlıq verilib”.
Onun sözlərinə görə, məktəbəqədər təhsildə əhatəliliyin artırılması üçün özəl sektorla əməkdaşlıq ediləcək. Bununla bağlı mexanizmlər hazırlanıb və növbəti həftələrdə geniş məlumat veriləcək.