Bu il doğulan əkizlər və üçəmlər

bu-il-dogulan-ekizler-ve-ucemler
Oxunma sayı: 1315

Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 17081 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən (DSK) “Qafqazinfo”ya verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 10,2-yə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,5 faiz olub.

Körpələrdən 594-ü əkiz, 36-sı üçəm doğulub.