“Bu ilin noyabrında bütün dünyanın diqqət mərkəzi Bakıda olacaq”

bu-ilin-noyabrinda-butun-dunyanin-diqqet-merkezi-bakida-olacaq
Oxunma sayı: 2189

“COP29 yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə COP29 Azərbaycan Sədrliyinin ilk mətbuat konfransında COP29-un baş icraçı direktoru Elnur Soltanov bildirib.

O, Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yaranacağına əmin olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın rolu sadəcə ev sahibi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada, bu ilin noyabr ayında bütün dünyanın diqqət mərkəzi Bakıda olacaq.

“Təqribən 54 milyon ton ətrafında atmosferə istixana qazı atılır. Bu məsələnin qarşısını almaq üçün prosesə bütün dünya dövlətləri, şirkətlər cəlb olunmalıdır. Azərbaycan danışıqlar və müzakirələr prosesində həlləri ortaya qoymalıdır. Biz bu məsələyə öz töhfəmizi verəcəyik”, - E. Soltanov əlavə edib.

Gülnar Əliyeva