Bu marşrut xətti “BakuBus”a verildi

bu-marsrut-xetti-bakubusa-verildi
Oxunma sayı: 3033

“Monella” MMC-nin müvəqqəti istismarında olan 163 nömrəli müntəzəm marşrut xəttinin (“Koroğlu” NMM-Yeni Ramana yaşayış sahəsi) fəaliyyəti nəzarətə götürülüb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) “Qafqazinfo”ya verilən məlumata görə, monitorinqlər nəticəsində “Monella” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.

"Bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi 163 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib. 16 martdan etibarən bu xətt üzrə daşımalar "BakuBus"  MMC istismarında olan ortatutumlu avtobuslarla həyata keçiriləcək.

Mövcud dəyişiklik Yeni Ramana yaşayış sahəsi, o cümlədən bu ərazidə şəhid ailələri və müharibə əlillərinin məskunlaşdığı yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyata əlçatanlığının daha da yaxşılaşmasına imkan verəcək”,- rəsmi məlumatda qeyd olunub.

Həmçinin oxuyun: СГБ арестовала иностранного гражданина, который занимался шпионажем