Bu məktəblərə yeni direktorlar təyin olundu

bu-mekteblere-yeni-direktorlar-teyin-olundu
Oxunma sayı: 1532

Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 3 məktəbə yeni direktor təyinatları olub. 

Bu barədə “Qafqazinfo”ya İdarədən məlumat verilib. 

Belə ki, Göygöl rayonu Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta məktəbin direktoru vəzifəsinə Cəbrayılova Təranə Elman qızı, Gəncə şəhəri inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru vəzifəsinə İmranov Nail Bahadur oğlu və Daşkəsən rayonu Gündüz İsmayılov adına Aşağı Daşkəsən kənd tam orta məktəbinin direktoru vəzifəsinə Bayramov Duman Raquf oğlu təyin edilib.