Bu ölkə Rusiya ilə sərhədini tam bağlaya bilər

bu-olke-rusiya-ile-serhedini-tam-baglaya-biler
Oxunma sayı: 2612

Finlandiyanın maliyyə naziri və Baş nazirin müavini Riikka Purra Rusiya sərhədindəki 9 keçid məntəqəsindən 4-nün bağlanması ilə bağlı dünən qəbul edilən qərarın sərhəddəki vəziyyəti sakitləşdirməyə kömək etmədiyi təqdirdə əlavə addımlar atmağa hazır olduqlarını bildirib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə Finlandiyanın “Yle TV1” televiziya kanalında danışıb.

“Əgər bağlanma sərhəddəki vəziyyəti sakitləşdirməyə kömək etməsə, növbəti addımı atmaq üçün çox aşağı həddi var. Bu addım bütün şərq sərhədini bağlamaq və sığınacaq tələblərini şərq sərhədindən uzaqlaşdırmaqdır”.

Qeyd edək ki, Finlandiya ölkəyə qaçqın axınının qarşısını almaq üçün noyabrın 18-dən etibarən Rusiya ilə sərhədindəki 9 keçid məntəqəsindən 4-nü bağlamağa qərar vermişdi.