Bu ölkədə 50 minədək müəllim tətil edib

bu-olkede-50-minedek-muellim-tetil-edib
Oxunma sayı: 1473

Avstraliyanın Kvinslend ştatında 50 minə yaxın müəllim son 15 ildə ilk dəfə tətil edib.

“Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, müəllimlər işlərinin həddən artıq yükləndiyini və onlara lazımi qiymət verilmədiyini deyirlər. 

Bundan əlavə, onlar maaş və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

“48 000 müəllimin iştirak etdiyi tətil bütün 1266 Kvinslend dövlət məktəbini və 560 000 şagirdi əhatə edib”, - məlumatda deyilir. 

Etirazlar hökumətin maaş artımı təklifini rədd etdikdən sonra başlayıb. Hökumət rəsmiləri problemi həll etmək üçün danışıqlar aparmağı planlaşdırır.