Bu qəsəbələrdə qaz olmayacaq

bu-qesebelerde-qaz-olmayacaq
Oxunma sayı: 2025

Bu gün Qaradağ və Binəqədi rayonlarının bəzi hissələrində qaz olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilir ki, Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yeraltı qaz kəmərində görüləcək təmir işləri və yeni qaz tənzimləyicinin quraşdırılması məqsədi ilə “Pirəkəşkül Broyler fabriki” ölçü qovşağından qidalanan “Müşfiqabad(Əhali)” qaz kəmərində 16.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonun Müşfiqabad, Binəqədi rayonunun isə 28 May qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.