Bu qurumda yoxlama aparıldı

bu-qurumda-yoxlama-aparildi
Oxunma sayı: 652

Hesablama Palatasının Kollegiya iclası keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun  Quba rayon şöbəsinə  dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sığortası üzrə gəlirlərin və xərclərin icrasına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
 
Kollegiyaya dəvət olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Sosial Müdafiə Fondunun  Quba rayon şöbəsinin müdiri Sabir Hacıyev, Şöbənin Sosial sığorta sektorunun müdiri  Həsrət Seyidov   və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə və təsərrüfat şöbəsinin müdiri Nəcməddin Orucov,  nazirliyin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov,  Maliyyə və təsərrüfat şöbəsinin müdir əvəzi Nəsib Orucov müzakirələrdə iştirak edib, Kollegiya üzvlərinin suallarını  cavablandırıblar. Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.