Bu üsulla işiniz sürətlənəcək - Vatsapdan yenilik

bu-usulla-isiniz-suretlenecek
Oxunma sayı: 3669

Vatsap tətbiqində media fayllarını sürətlə göndərmək üçün yeni funksiya yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Mütəxəssislər vatsapın foto və videolar kitabxanasına girişi sadələşdirdiyini bildiriblər.

Belə ki, istifadəçilər artıq əlavə addımlar atmadan çatda plus işarəsini tutaraq qalereyanı sürətlə aça bilərlər.

 Portal mütəxəssisləri qeyd ediblər ki, “App Store”dan vatsap proqramının ən son yeniləməsini quraşdıran iOS istifadəçiləri üçün foto kitabxananın tez açılması funksiyası əlçatandır.