“Bu xəbərləri yayan Günay Musayevadır” – İttiham

bu-xeberleri-yayan-gunay-musayevadir-ittiham
Oxunma sayı: 1585

Türkiyədə modelyer kimi fəaliyyət göstərən Ramazzo Roma dünən mətbuatda haqqında yayılan xəbərlərə aydınlıq gətirib. “Qafqazinfo”ya göndərdiyi məktubda R. Roma son günlər yayılan xəbərlərdən rahatsız olduğunu deyib və bu xəbərlərin arxasında Türkiyədə yaşayan və model kimi fəaliyyət göstərən Günay Musayevanın olduğunu deyib: “Bu xəbərləri yayan Günay Musayevadır. Çünki mən bu yaxınlarda İstanbul-Bakı-Tiflisdə 2012-yaz-yay kolleksiyamın nümayişinə Günay Musayevanı dəvət etmədim. Bu üzdən Azərbaycan mediasına mənim haqqımda mənfi xəbərlər, fotoşop olunmuş tərbiyəsiz şəkillər göndərdi. Günay Musayeva mənim dəstəyimlə “Best model of the Azerbaijan”ın qalibi oldu. Ona yarışmada heç kim xal vermədi. Mənim köməyimlə Türkiyədə tanınmağa başladı. Günay həyat yoldaşı Tolqa ilə birgə mənim evimə gəlib yemək yeyir, sonra da mənə pislik etməyə çalışır.

Sizə göndərdiyim bütün faktlardan sonra oxucular qərar versinlər, kim düz, kim səhvdir. Mən çalışıram, dəfilələr təşkil edirəm. Belə skandallarla məşğul olmaq mənim tərzim deyil. Mən heç vaxt deməmişəm ki, azərbaycanlıyam. Hər zaman deyirəm ki, gürcüyəm. Azərbaycanda məşhuram ona görə ki, 7 il super star Aygün Kazımova ilə çalışmışam”.

R. Roma onun kim olduğunu bilmək istəyənlərə belə mesaj göndərib: “Kim olduğumu maraqlıdırsa, internetdə Ramazzo Roma yazmaq yetərlidir. Bu videolara baxsanız hər şeyi görəcəksiniz. Azərbaycanı çox sevirəm və yaxın vaxtlarda burada moda nümayişimi təşkil etmək istəyirəm. Hamını öpürəm!”

Ramazzo sonda onu da deyib ki, Günay Musayevanın yalançı olduğunu Türkiyədə hamı bilir: “Altı aylıq hamiləyəm deyə milləti qandırır. Sizə onun hamilə olmadığını sübut edən faktlar göndərirəm”.

http://www.youtube.com/watch?v=rZvVv9fSQck&feature=related
http://www.youtube.com/watch?v=M9a4kE25AQ0&feature=related
http://www.youtube.com/watch?v=gV52DUDYqO8&feature=related

http://www.azxeber.com/index.php?action=static_detail&static_id=13354
http://www.merakligazete.com/haber/1712/tolga-karelin-esi-ile-ilgili-magazin-dunyasina-bomba-gibi-dusen-bu-iddia-cok-konusulacak