Bu yerlərdə də maşından rahat düşüb-minəcəksiniz - Fotolar

bu-yerlerde-de-masindan-rahat-dusub-mineceksiniz
Oxunma sayı: 1602

Yasamalda 5 ünvanda avtobus zolaqlarında minib-düşmə yeri yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, bu, Yasamalın A.M.Şərifzadə küçəsində Respublika Klinik Xəstəxanasının, 2 nömrəli Bakı Baza Tibb Kollecinin, “Kontakt Home” və “İrşad Telecom”un qarşısında, eləcə də Cəfər Cabbarlı küçəsində “Amber Hotel”in qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

Məlumata görə, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.