“Bunun mükafatını almadıq” - “Qarabağ”ın müdafiəçisi

bunun-mukafatini-almadiq
Oxunma sayı: 4673

“Bayer”ə qarşı iki oyunda əla oynasaq da, bunun mükafatını almadıq. Bu çox kədərləndiricidir”.

“Qafqazinfo” İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç UEFA-nın saytına müsahibəsində deyib.

Monteneqrolu futbolçu Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə məğlubiyyəti şərh edib. Veşoviç bildirib ki, qələbəni son anda əldən verdikləri üçün məyusdurlar:

“Elvin Cəfərquliyev qırmızı vərəqə aldıqdan sonra “Bayer” kimi yüksək səviyyəli komandanın qarşında dayanmaq kimi böyük bir vəzifəmiz ortaya çıxdı. Dəqiqlər ötdükcə təzyiq güclənirdi. Bununla belə, bu mövsüm əla komandamızın olduğunu sübut etdik. Gələn il yenidən cəhd edəcəyik”.