“Burada hər hansı ayrıseçkiliyə yol verilməməlidir”

burada-her-hansi-ayriseckiliye-yol-verilmemelidir
Oxunma sayı: 1214

“Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 26-da Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

Ölkəmizin dənizdə təsdiq edilmiş külək enerjisi potensialının 157 qiqavat həcmində olduğunu söyləyən dövlət başçısı bildirib ki, bu bizim potensialımızın göstəricisidir.

İlham Əliyev qeyd edib ki, enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrıseçkiliyə yol verilməməlidir.

“Zəngin enerji resurslarına malik olmağımıza baxmayaraq, biz bu məsələni müdafiə edəcəyik”, - deyən dövlət başçısı vurğulayıb ki, ənənəvi enerjiyə sahib olan ölkələr xüsusilə də iqlim dəyişikliyi məsələsində həmrəylik nümayiş etdirməlidirlər.