Burak Özçivitin İngiltərədəki tədbiri ləğv edildi

burak-ozcivitin-ingilteredeki-tedbiri-legv-edildi
Oxunma sayı: 3834

Türkiyəli məşhur aktyor Burak Özçivitin reklam siması olduğu ətir markasının İngiltərədə planlaşdırılan reklam tədbiri ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Bredford şəhərinin “The Broadway” ticarət mərkəzində keçiriləcəyi nəzərdə tutulan təqdimat mərasimi təhlükəsizlik səbəbilə ləğv edilib.

Belə ki, bundan öncə B. Özçivitin Pakistandakı çıxışında izdiham yaranıb, polislər xaotik vəziyyətin qarşısını almaqda çətinlik çəkiblər. Eyni vəziyyətin yaşanacağından narahat olan İngiltərə polisi tədbiri nəzarətdə saxlaya bilməyəcəklərini deyiblər. Bununla da reklam tədbiri baş tutmayıb.