İki cüdoçumuz Avropa çempionatının yarımfinalında - Yenilənir

iki-cudocumuz-avropa-cempionatinin-yarimfinalinda
Oxunma sayı: 1140

Azərbaycan cüdoçuları Tbilisidə keçirilən Avropa çempionatına qələbələrlə başlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bütün idmançılarımız ilk mərhələlərdə qalibiyyətə sevinib. 

Xanım cüdoçumuz Şəfəq Həmidova (48 kq) 1/16 finalda Erza Muminoviçi (Kosova) məğlub edib. 

Könül Əliyeva (48 kq) isə Amber Qersyesi (Niderland) üstələyib. 

Leyla Əliyevanın (52 kq) rəqibi Nikolina Nişaviç (Serbiya) 1/16 final görüşünə çıxmayıb. Bu səbəbdən L.Əliyeva 1/8 finala yüksəlib.

Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda Karla Tavares Fernandeşlə (Lüksemburq) üz-üzə gəlib. O rəqibini məğlub edib. 

Kişi cüdoçularımızdan Turan Bayramov (66 kq) almaniyalı Nikolas Kunzeyə qalib gələrək 1/18 finala yüksəlib. 

Balabəy Ağayev (60 kq) isə 1/8 finalda italiyalı Andrea Karlino üzərində qalibiyyətə sevinib. 

Əhməd Yusifov (60 kq) isə böyük britaniyalı Çarli Ayredən üstün olub və 1/8 finala çıxıb. 

***

Gültac Məmmədəliyeva 1/16 finalda macarıstanlı Reka Puppa uduzaraq mübarizəni dayandırıb. Bu, Azərbaycan yığması üçün günün ilk məğlubiyyəti olub. 

***

Turan Bayramov 1/8 finalda italiyalı Elios Manzini məğlub edərək 1/4 finala çıxıb. Onun rəqibi rusiyalı Murad Çopanov olacaq. Turan Bayramov Murad Çopanova ipponla uduzaraq, mübarizəni dayandırıb. 

***

Leyla Əliyeva 1/8 finalda italiyalı Odette Qiuffridaya məğlub olub. 

***

Könül Əliyeva 1/8 finalda ispaniyalı Martinez Abelendeya uduzaraq mübarizəni dayandırıb. 

***

Şəfəq Həmidova son dünya çempionu Assunta Skuttonu (İtaliya) 1/8 finalda məğlub edib.

***

Əhməd Yusifov 1/4 finalda fransalı Luka Mxidzeyə uduzub. 

***

Balabəy Ağayev 1/4 finalda ukraynalı Dilşot Xalmatova qalib gələrək yarımfinala yüksəlib. 

***

Şəfəq Həmidova isə 1/4 finalda Tara Babulfathdan (İsveç) güclü olub.

***

Turan Bayramov təsəlliverici görüşdə moldovalı Radu İzvoreanuya qalib gəlib.