Bütün dövrlərin ən populyar mahnısı açıqlandı - Video

butun-dovrlerin-en-populyar-mahnisi-aciqlandi
Oxunma sayı: 4540

Kanadalı müğənni The Weeknd-in “Blinding Lights” meqahiti “Billboard” musiqi jurnalının versiyasına görə bütün dövrlərin ən populyar mahnısı seçilib.

“Qafqazinfo” xəbər verir ki, sinql ABŞ hit-paradında TOP-100-də 90 həftə qala bilib və Çabbi Çekerin “The Twist” adlı hitini ikinci yerə salıb.

Qeyd edək ki, “Blinding Lights” mahnısı 2019-cu il noyabrın 29-da işıq üzü görüb və “Billboard Hot 100” həftəlik çartında 4 həftə birinci pillədə qala bilib. Mahnının klipi 520 milyondan çox baxış sayı toplayıb. Sinql “Spotify” servisində 2,6 milyard dəfə yüklənib.  

Videonu buradan izləyə bilərsiniz.