“Bütün gün içmək haqda düşünürdüm”

butun-gun-icmek-haqda-dusunurdum
Oxunma sayı: 3732

İngiltərəli aktyor Tom Holland alkoqol asılılığına qalib gəldiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “On Purpose with Jay Shetty” podkastında qonaq olarkən danışıb.

“Bütün gün içmək haqda düşünürdüm. Yuxudan da bu haqda düşünərək oyanırdım”, - o deyib.

27 yaşlı aktyor etiraf edib ki, daha sonra bu asılılıq onu qorxutmağa başlayıb: “Bu məni çox qorxutdu. Deyirdim ki, əgər ikiaylıq fasilə götürə bilsəm, özümə sübut edə bilərəm ki, problemim yoxdur. İki ay keçdi, mən isə mübarizə aparmağa davam edirdim. Hiss edirdim ki, enerjili ola bilmirəm. Axşam yeməyinə gedə bilmirdim. Mənə çox çətin idi və alkoqolla problemlərimin olmasından çox narahat olmağa başladım”.

Aktyorun sözlərinə görə, artıq 6 aydır alkoqol istifadə etmir: “1 iyunda özümü ən xoşbəxt insan hiss etdim”.

Xatırladaq ki, hazırda Tom amerikalı aktrisa Zendaya ilə münasibətdədir. Onlar eşq yaşadıqlarını 2021-ci ilin payızında təsdiqləmişdilər.

Qeyd edək ki, T. Holland “Spider-Man” obrazı ilə məşhurdur.