Bütün ölkədə SMS icazə ləğv edildi

butun-olkede-sms-icaze-legv-edildi
Oxunma sayı: 19681

Yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.

Operativ Qərargahdan “Qafqazinfo”ya daxil olan məlumata görə, bu qadağanın ləğvi 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə tətbiq ediləcək.