“Ötən gecə, 2 aprel 2016 tarixdə erməni hərbçiləri işgal etdikləri Azərbaycan ərazisindəki cəbhə xətti boyu atəşkəsi görünməmiş şəkildə pozublar. İşğalçı düşmən qüvvələri ordumuzun mövqeləri və dinc kəndlərimizin üzərinə ağır dağıdıcı silahlardan atəş açıblar”.
Bunu “Qafqazinfo”ya açıqlamasında “İctimai Tədqiqatlar Mərkəzi” nin sədri, hüquqşünas İlqar Altay deyib. O, bildirib ki, ölkəmizə qarşı belə bir təxribat gözlənilən idi: “Azərbaycanın son dövrlər, xüsusilə, Rusiya-Türkiyə konflikti dövründə qardaş Türkiyə xalqına dəstək olması diqqətləri cəlb edirdi. Prezident İlham Əliyevin Türkiyədə törədilmiş terrorla baglı qardaş ölkəyə qətiyyətli dəstək səfəri hər iki ölkə arasında böyūk sarsılmaz birlik göstəricisi idi.
Tūrkiyə ilə bu cür sıx yaxınlıq təbii ki, NATO və Qərbə doğru yaxınlıq mənası verməyə bilmirdi. Bu, bəzi əks qütblərdə qısqanclıq və qıcıq yarada bilirdi. Bu da Azərbaycana qarşı separatizm, dini ekstremizm və yaxud da erməni əli ilə atəşkəs pozuntusu kimi təxribatlar törədilə biləcəyindən xəbər verirdi”.
İ. Altay deyir ki, o bu barədə sosial şəbəkələrdə, mətbuatda yazıb, şərhlər verib: “Azərbaycanın dövlət başçısının son günlər ABŞ-da ümumdünya nüvə sammitinə qatılması görünür, son hədd oldu. ABŞ-ın yüksək rəsmiləri ilə görüşlər və münasibətlərin isti məcaraya yönəlməsi bəyanatları bunu istəməyənləri aqressiv hala gətirdi.
Nəticə özünü çox da gözlətmədi və hətta sammit səfərı başa catan an baş verdi. Ölkəmizə qarşı qeyd etdiyimiz gözlənən təxribatlardan birisi və çox işlədilənindən istifadə edildi. Ermənilərin əli ilə ordumuza və dinc yaşayış bölgələrimizə tərəf silahlı həmlələr edildi.
Təbii ki, Azərbaycan silahlı qüvvəri yüksək hazırlıq nümayiş etdirərək düşmən təxribatının cavabını tam qətiyyətlə, dərhal və artııqlaması ilə veriblər. Erməni işğal qoşununu nəinki geri otuzdurmuş, üstəlik işğal edilmiş ərazilərə dogru irəliləmiş və movqelərini mohkəmləndirmişlər.
Azərbaycana qarşı təxribatlar bununla bitməyə bilər. Daxildə, ölkə içərisində də qarışdırıcı və pozucu təxribatlar ola bilər. İnanaq ki, ordumuz kimi daxili təhlükəsizlik qüvvələrimiz və xüsusi xidmət orqanlarımız, xalqımız və cəmiyyətimiz də bütün təxribat və terrorlara qarşı hazırlıqlı olacaq.
Azərbaycanımızın gələcəyi onun bir dövlət və cəmiyyət olaraq bu gün bütün bu regional təlatümlərə, təzyiq, basqı və təxribatlara qarşı hazır, dayanıqlı və müqavimətli olmasından keçir”.
Son xəbərlər
Son Xəbərlər