Çeçenistanda universitetə PUA ilə hücum edildi

cecenistanda-universitete-pua-ile-hucum-edildi
Oxunma sayı: 3071

Çeçenistanda Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə pilotsuz uçuş aparatı ilə hücum edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Çeçenistan rəhbəri Ramzan Kadırov öz teleqram kanalında açıqlayıb. 

O bildirib ki, Qudermes şəhərində baş verən hadisə zamanı universitet ərazisində yerləşən boş binanın damında yanğın baş verib. 

İnsident nəticəsində xəsarət alan olmayıb. Kadırov yanğının söndürüldüyünü də qeyd edib.

Çeçenistan rəhbəri, həmçinin əlavə edib ki, məsələ ilə bağlı araşdırma aparılır: “Universitetin fəaliyyəti dayandırılmayıb, bütün xidmətlər adi qaydada işinə davam edir”.