Cəlilabadda əməliyyat, icra başçısı saxlanıldı - Yenilənib

celilabadda-emeliyyat-icra-bascisi-saxlanildi
Oxunma sayı: 26573

Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

"Qafqazinfo" Sabah.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.

Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.

***

 İcra başçısı Namiq Zeynalov saxlanılaraq Bakıya gətirilir. Hazırda İcra Hakimiyyətində əməliyyat davam etdirilir.