Cəlilabadda şəhid Mahir Quliyevlə vida mərasimi keçirildi - Fotolar

celilabadda-sehid-mahir-quliyevle-vida-merasimi-kecirildi
Oxunma sayı: 470

Uzun illər itkin kimi qeydiyyatda olan şəhidin nəşinin qalıqları müəyyən edilərək bu gün ailəsinə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, ailəsinin və yaxınlarının yolunu gözlədiyi Mahir Quliyevin nəşinin tapılması və şəxsiyyətinin müəyyən olunması dövlətimizin şəhidlərimizə və itkin düşmüş soydaşlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Şəhid Mahir Quliyev Cəlilabad şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mahir Quliyev 1958-ci ildə Cəlilabad şəhərində anadan olub. O, könüllü olaraq döyüşlərə qatılarkən iki azyaşlı qızı və bir oğlunu Vətənə əmanət edib. 1992-ci il iyunun 15-də Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.