Gəncədə ev yandı - Fotolar

gencede-ev-yandi
Oxunma sayı: 338

Gəncədə 2 mərtəbəli fərdi yaşayış evində yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, yanğın Bəxtiyar İsmayılova məxsus evin mətbəx hissəsində başlayıb.

Nəticədə evdəki bəzi məişət əşyaları yanıb.

Hadisə yerinə 3 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev