Prospektdə qalan maşından 27 yaşlı oğlanın meyiti tapıldı

prospektde-qalan-masindan-27-yasli-oglanin-meyiti-tapildi
Oxunma sayı: 2808

Bakıda avtomobildən gənc oğlanın meyiti tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektinin Sabunçu rayonundan keçən hissəsində baş verib.

Yolun hərəkət hissəsində qalan “Chevrolet” markalı avtomobil polis əməkdaşlarının diqqətini cəlb edib.

Avtomobilə baxış keçirilərkən sürücünün hərəkətsiz vəziyyətdə olduğu müəyyənləşib. Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxsin öldüyü məlum olub.

Xəbəri rus dilində oxuyun: В Баку в припаркованном Chevrolet нашли тело молодого человека

Aparılan araşdırmalarla sükan arxasında ölən sürücünün paytaxt sakini 1999-cu il təvəllüdlü Maarif Hümbətov olması bəlli olub.

Onun ölüm səbəbi araşdırılır.