ABŞ-dən Venesuelaya gözlənilməz səfər

abs-den-venesuelaya-gozlenilmez-sefer
Oxunma sayı: 777

ABŞ-nin Latın Amerikası üzrə yüksəkrütbəli hərbi komandanı Fransis Donovan və Pentaqonun yüksəkvəzifəli rəsmisi Cozef Humayr Venesuelaya gözlənilməz səfər ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ nümayəndə heyəti səfər çərçivəsində Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges, eləcə də ölkənin müdafiə və daxili işlər nazirləri ilə görüş keçirib. Danışıqlarda əsas olaraq narkotik qaçaqmalçılığı, terrorizm və miqrasiya kimi regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Bu, ABŞ hərbi nümayəndə heyətinin Venesuela prezidenti Nikolas Maduro ilə bağlı hadisələrdən sonra ölkəyə ilk yüksəksəviyyəli səfəri hesab olunur.