OMİD Mağazalar Şəbəkəsindən “Böyük fürsət” kampaniyası - 50%-dək endirim var

omid-magazalar-sebekesinden-boyuk-furset-kampaniyasi
Oxunma sayı: 471

Çoxsaylı müştəri müraciəti və gözləntilərini nəzərə alan OMİD Mağazalar Şəbəkəsi növbəti “Böyük fürsət” kampaniyasına start verir.

Kampaniya Xutor, Yasamal, Yeni Yasamal, Sumqayıt və Saray qəsəbəsində yerləşən OMİD mağazalarını əhatə edir.

20, 21 və 22 fevral tarixlərində - cəmi 3 gün müddətində yalnız qeyd olunan filiallarda seçilmiş məhsullara 50%-dək endirim tətbiq ediləcək.

Kampaniya çərçivəsində alıcılar böyük məişət texnikalarından başlayaraq kiçik mətbəx avadanlıqlarınadək məişət üçün zəruri geniş məhsul çeşidini xüsusi endirimli qiymətlərlə əldə edə biləcəklər.

Bundan əlavə, endirimli məhsulların alışında taksit kartları və daxili kredit şərtləri də keçərli olacaq. Beləliklə, OMİD müştərilərə həm yüksək endirim, həm də rahat və əlverişli ödəniş imkanı təqdim edir.

OMİD Mağazalar Şəbəkəsi hər kəsi 3 gün davam edəcək “Böyük fürsət” kampaniyasından yararlanmağa dəvət edir.

OMİD: Xeyirli alış-verişlər