Gəncədə işıq dirəyi 2 avtomobilin üzərinə aşdı - Fotolar

gencede-isiq-direyi-2-avtomobilin-uzerine-asdi
Oxunma sayı: 816

Gəncədə güclü külək nəticəsində aşan işıq dirəyi minik və yük avtomobillərinin üzərinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.

İşıq dirəyi hərəkətdə olan “Ford” markalı yük avtomobilinin üzərinə aşıb. Bu zaman yol kənarında dayanan və içərisi boş olan “Mitsubishi” markalı minik maşını da ziyan görüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yunis Quliyev