“Maşinistlər tez-tez təcili tormozlama etməyə məcbur qalır” - Video

masinistler-tez-tez-tecili-tormozlama-etmeye-mecbur-qalir
Oxunma sayı: 411

“Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) yaydığı məlumatda bildirilib.

“Bu cür ərazilərdə insanların qatar yoluna çıxması, relslərə kənar əşyaların qoyulması, nəzarətsiz buraxılan heyvanların qatarın qarşısına çıxması, eləcə də digər təhlükəli hallar daha çox qeydə alınır. 

Neqativ halların baş verməməsi üçün isə maşinistlər tez-tez təcili tormozlama etməyə məcbur qalır. Amma bəzən toqquşmalar qaçılmaz olur.

Təhlükəsizlik hər birimizin məsuliyyətidir. Yolların təhlükəsiz olması üçün qaydalara diqqət edək, ehtiyatlı davranaq”.