Cənubi Koreyada məhkəmə keçmiş prezident Yun Sok Yolu 2024-cü ilin sonunda ölkədə qiyamın təşkili işində təqsirli bilib.
“Qafqazinfo” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Yol bununla da ömürlük həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, Yun Sok Yol 2024-cü il dekabrın 3-də xalqa müraciət edib. O bu zaman Koreya Respublikasını Şimali Koreyanın kommunist qüvvələrinin təhdidindən qorumaq üçün ölkədə fövqəladə hərbi vəziyyət elan edib. Yolun müraciətindən 150 dəqiqə sonra keçirilən təcili iclasda parlament hərbi vəziyyətin ləğv edilməsinə səs verib.
Dekabrın 6-da isə parlament prezidentə qarşı impiçmentlə bağlı ilk cəhdini etsə də, bu uğursuz oldu. Bir həftə sonra, 14 dekabrda keçirilən ikinci impiçment səsverməsi isə uğurla nəticələndi. Yol vəzifəsindən uzaqlaşdırıldı və məhkəməyə verildi.
Bu il yanvarın əvvəlində keçmiş prezidentin həbs müddəti daha 6 ay uzadılmışdı.
Son xəbərlər
Son Xəbərlər