Cəlilabadda yeniyetmə bıçaq xəsarətləri aldı

celilabadda-yeniyetme-bicaq-xesaretleri-aldi
Oxunma sayı: 1514

Cəlilabad rayonunda yeniyetmələrin arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Alar kənd sakini 2007-ci il təvəllüdlü Ə. Ə özündən iki yaş böyük həmkəndilisi tərəfindən bıçaqlanıb.

Başın müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan yeniyetmə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Alar kənd sakini 18 yaşlı N.Ə polis tərəfindən saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Surxay Şahbazov