Qafqazinfo” “MasterCard”a istinadən UEFA Çempionlar Liqası tarixinin Avropalı futbol azarkeşlərinin səsverməsi əsasında seçilmiş ən dəyərli anlarının ilk onluğunu təqdim edir. Onluğa “İstanbul möcüzəsi” və ya Dudekin “Liverpul”a beşinci dəfə Avropa Çempionu adını qazandıran iki dəfə qapıdan qaytardığı qolu başçılıq edir. İkinci yerdə Zidanın “Real Madrid”ə qələbə qazandıran sarsıdıcı zərbəsi, üçüncü yerdə isə “Mançester Yunayted”in 1999-cu ildəki oyunu zamanı üçüncü dəfə çempion olduğu əlavə vaxtda vurduğu iki qolu qərarlaşıb.
İLK ONLUQ
1. Final 2005: Liverpul və “İstanbul möcüzəsi”
Liverpul AC Milana qarşı mübarizəsində uğursuz görünürdü və bu uğursuzluq italyanların oyunun birinci yarısında 3-0 hesablı üstünlüyü ilə tam təsdiqini tapmağa başlamışdı. Şərhçilər və azarkeşlər inanırdılar ki, Liverpul yalnız hesabdakı fərqin oyunun ikinci yasında daha da böyüməməsinə ümid edə bilərdi. Lakin gözlənilənin əksinə olaraq futbol tarixində ən inanılmaz anlardan biri yaşandı. Liverpul oyunun ikinci yarısında üç qolu və Dudekin iki dəfə Şevçenkounun zərbələrini qapıdan ustalıqla qaytarması ilə hesabı bərabərləşdirib penalti qolları ilə beşinci dəfə Avropa Çempionu adını qazandı.
2.Final 2002: Zidan Bayer Leverkuzenə qarşı
Zidanın Real Madridə 2002-ci il Çempinalar Liqası Qalibiyyətini qazandıran qolunu və klubun davamlı irsində bəlkə də əsas töhvəni verən anı xatırlayaq. Roberto Karlos topu hündürdən qapıya sarı ötürdü. Təxminən metr yarım uzaqlıqda olan və tarazlığını itirmiş Zidan bədənini tarazlayaraq bir çevik hərəkətlə topla piruet edərək onu düz qapıya vurdu. Top Hans-Jorq Butdan yan keçdi və əlavə qollar vurulmadan Real Madrid 9-cu dəfə Avropa Çempionu oldu.
3. Final 1999: Mançester Yunaytedin Bavariya üzərində üç qat qələbəsi
Maryo Beslerin ayaqla erkən zərbəsinin izinə düşməsi və həm Roy Kanın, həm də Pol Skolesin olmaması ilə Mançester Yunaytedin Çempionlar Liqasında tarixi üç qat qalibiyyət mövsümünü başa vuracaq qələbə üçün şansını itirdiyi görünürdü. Lakin Tedi Şerinqam və Ol Qunar Solskjaerin atdıqları iki gec qol oyunda inanılmaz dönüş yaratdı. Hətta soyuqqanlı hakim Pyerluici Kolina həmin oyunu karyerasının ən yadda qalan oyunlarından biri adlandırdı.
4. Final 2010: İnter üçün “Hərarətli Şənbə Gecəsi”
Bernabeu şənbə gecəsi Bayern Münhenin və İnter Milanın qarşılaşdıqları UEFA Çempionlar Liqası Finalına ev sahibliyi edirdi. Hər iki məşqçi müvafiq olaraq Porto və Ayaksla Çempionlar Liqası şöhrətini artıq dadmışdılar. Lakin bu dəfə UEFA Çempionlar Liqası üzrə şəxsi qalibiyyət hesabını artırmaq Lui Van Qala deyil, məhz Xose Mourinyoya nəsib oldu. Beləliklə, Diyeqo Militonun iki qolu sayəsində İnter 2-0 hesabı ilə qalib oldu.
5. Final 2001: Bayern Münhen özünə gəlir
1999-cu ildəki uğursuzluğundan düz iki il sonra Bayern Münhen xilasını 2001-ci ildə San Siro stadionunda tapdı. Əsas vaxtda 1-1 hesabı ilə heç-heçə oynayan, əlavə vaxtda isə hesabı dəyişə bilməyən Bayern Münhen penaltilərdə Valensiyanı 5-4 hesabı ilə məğlub edə bildi. Komandanın əksər oyunçularının başqa komandalara keçmələrinə baxmayaraq, Bayern Münhenin bir neçə oyunçusu 99-un finalında oynamışdılar və məhz Samuel Kufor və Stefan Efenberqin emosiyalarının qızışması və cuşa gəlmələri oyunu həqiqətən yadda qalan finallardan biri etdi.
6. Final 2011: Barsa Mançester Yunaytedə üstün gəlir
Premyer Liqada kifayət qədər dominant olmuş və Uembli Stadionu ilə açıq-aşkar “ev üstünlüyünə” sahib Mançester Yunaytedin Pep Qvardiolanın möhtəşəm Barselonasına layiqli rəqib olacağı hesab olunurdu. Lakin göründüyü kimi 3-1 hesabı ilə qalib gələn və bununla bütün dövrlərin ən yaxşı klubu kimi çoxsaylı insanlar arasında nüfuzunu möhkəmləndirən Barselonaya həmin il heç bir komanda üstün gələ bilmədi.
7. Final 1996: “Qoca Sinyora”nın zəfəri
“Qoca Sinyora” Çempionlar Liqası Kubokunu 1996-cı ildə Hollandiya çempionu Ayaks üzərindəki qələbəsi ilə düz 11 il sonra yenidən qazana bildi. Əlavə vaxtdan sonra Yuventus penaltilərdə 4-2 hesab üstünlüyü ilə qalibiyyətə nail ola bildi.
8. Final 1997: Rekord Qıran Riken (4%)
Yuventuslu Alessandro Del Pyeronun qolu Borusiya Dortmundun üstünülüyünü salmışdı ki, Dortmundlu gənc Lars Riken fərqlənməyə başladı. Oyunun 71-ci dəqiqəsində meydançaya çıxan Riken UEFA Çempionlar Liqası Finalında qol vuran ən gənc oyunçu, həmçinin meydana çıxandan cəmi 16 saniyə sonra qol vurması ilə ən tez qol vuran kimi rekord qıraraq doğma şəhərinin klubunun qələbəsini təmin etdi.
9. UCL 2012: Çelsinin Neapol tərəfindən gözlənilməz məğlubiyyəti (3%)
Çelsinin Andre Villas-Boasın rəhbərliyi altında formasını saxlamağa çalışdığına baxmayaraq, komandanın italyanların gözlənilməz həmləsi ilə tamamilə məğlub olacağını çox az adam gözləyirdi. Səliqəsiz meydança, üstəlik Neapolun “Müqəddəs Üçlük” cəbhəsinin möhtəşəm oyunu o demək idi ki, Çelsi gərək cavab görüşündə Stamford Bridcdə iki qol defisitini aradan qaldıra idi.
10. UCL 2009: “Stamford Bridc Döyüşü”– Barsa Çelsiyə qarşı (2%)
Əsəbi və gərgin bir gecədə Çelsinin Barsaya aman vermədiyi və Maykl Essienin doqquzuncu dəqiqədə təxminən metr yarımlıq məsafədən vurduğu “blokbaster”indən sonra Çelsinin Romada bütün Premyer Liqa həyacanına möhür vuracağı görünürdü. Bir neçə şans əldən verildikdən və penalti tələbləri rədd edildikdən sonra Çelsi azarkeşləri əlavə vaxtın üçüncü dəqiqəsində Andres İnyestanın uzaq məsafədən necə möhtəşəm bir qol vurduğunu və komandasını UEFA Çempionlar Liqası Finalına çıxardığını heç vaxt unutmayacaqdılar.
“UEFA Çempionlar Liqası tarixinin ən yadda qalan anlarının ilk onluğuna baxıb görürük ki, həmin anlar ayrı-ayrı azarkeşlər üçün onların həmin vaxtlarda hansı komandaları dəstəkləmələrindən asılı olaraq fərqli məna kəsb edir” .