“Cənubi Qafqazda düşmənçilik mühitini aradan qaldırmalıyıq” - Paşinyan

cenubi-qafqazda-dusmencilik-muhitini-aradan-qaldirmaliyiq
Oxunma sayı: 4034

“Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat infrastrukturunun blokadadan çıxarılması Ermənistan iqtisadiyyatının məzmun və strukturunu keyfiyyət baxımından dəyişə bilər”. 

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib. 

O bildirib ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir və bunun üçün Ermənistanın ətrafında əlverişli xarici mühit yaradılmalıdır: 

“Bu, təkcə Ermənistan və Qarabağ bölgəsi üçün deyil, bütün region dövlətləri üçün vacibdir.

Düşünürəm ki, Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq. Bu, regional inkişafın yeganə yoludur. Düşmənçilik atmosferinin aradan qaldırılması regional iqtisadi və nəqliyyat infrastrukturunu blokadadan çıxaracaq. Bu, eyni zamanda, Ermənistanın daxili infrastrukturunun yaxşılaşmasına əlavə stimul olacaq, iqtisadiyyatın inklüziv və uzunmüddətli inkişafına, vətəndaşların iqtisadi fəallığının artırılmağa bərabər şərait yaradılmasına təkan verəcək.

Eyni zamanda iqtisadi fəaliyyət göstərmək istəyən Ermənistan vətəndaşları üçün bərabər şərait yaradacaq, yerli və xarici investorlar üçün iqtisadiyyatın cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracaq”.