Ceyhun Bayramov fotolarla sübut etdi - Video

ceyhun-bayramov-fotolarla-subut-etdi
Oxunma sayı: 9205

“Bu, Ermənistanın ağır hərbi vasitələrinin şəkilləridir. Tamamilə aydındır ki, bu hücum texnikası Azərbaycan ərazisində sülhpərvər məqsədlər üçün yerləşdirilməyib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla  bağlı iclasında bildirib.

“Heç bir suverən dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz”, - Bayramov vurğulayıb.

Azərbaycan XİN başçısı, həmçinin sentyabrın 19-u mina partlayışı nəticəsində ölən mülki vətəndaşlar barədə də BMT-ni məlumatlandırıb.

“Mina partlayışlarının baş verdiyi ərazi əvvəllər də Azərbaycanın müntəzəm istifadəsində olub, heç bir şübhə yoxdur ki, bu minalar yaxın zamanda əraziyə sızan erməni diversiya qrupu tərəfindən yerləşdirilib”, - xarici işlər naziri əlavə edib.