Ceyhun Bayramov Özbəkistana getdi

ceyhun-bayramov-ozbekistana-getdi
Oxunma sayı: 1127

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfərə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir C. Bayramovun Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirakı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.