Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

ceyhun-bayramov-turkiyeye-bassagligi-verdi
Oxunma sayı: 3221

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, nazir bu barədə tviter hesabında yazıb.

“Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi.

Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, - XİN rəhbəri qeyd edib.