Türkiyədə tələbələri daşıyan avtobus aşdı, ölənlər var - Fotolar

turkiyede-telebeleri-dasiyan-avtobus-asdi-olenler-var
Oxunma sayı: 3417

Türkiyədə universitet tələbələrini daşıyan avtobus Niğdə vilayətində, Adana-Niğdə şosesinin Güney kəndi ərazisində aşıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, Türkiyə vaxtı ilə saat 4 radələrində qəza törədən avtobus Adana-Konya marşrutu üzrə hərəkət edirmiş.

Nəticədə üç nəfər həyatını itirib, dördü ağır olmaqla, 41 nəfər yaralanıb.

Hadisə yerinə polis, xilasedici və tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Niğdə, Bor, Ərəğli və Uluqışla xəstəxanalarına çatdırılıblar.