İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi, jurnalist Ceyhun Musaoğluna ağır itki üz verib.
“Qafqazinfo” xəbər verir ki, onun qardaşı Elnur Musayev vəfat edib.
40 yaşlı E. Musayev 5 il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
O, Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının əməkdaşı idi.
E. Musayev sabah Mehdiabad qəsəbəsində dəfn olunacaq.
Allah rəhmət eləsin!
***
Ceyhun Musaoğlunun qardaşı Elnur Musayevin yas mərasimi iyunun 1-də saat 11:00-dan 16:00-dək Heydər Məscidində keçiriləcək (Qadınlar və kişilər eyni vaxtda).

Son xəbərlər
Son Xəbərlər