Conni Depp Türkiyəyə əsa ilə gəldi - Video

conni-depp-turkiyeye-esa-ile-geldi
Oxunma sayı: 3625

Hollivud ulduzu Conni Depp üzvü olduğu "Hollywood Vampires" rok qrupunun konserti üçün İstanbula gəlib. 

"Qafqazinfo" xəbər verir ki, ötən gün 60 yaşı tamam olan aktyorun əsa ilə gəzməsi lentə alınıb. 

Onun bir neçə gün öncə topuğundan zədə aldığı bildirilir.

Aktyor jurnalistlərə türkcə təşəkkür edərək avtomobilinə yaxınlaşıb.

Qeyd edək ki, qrup konsertdən əldə edilən gəliri Türkiyədə fevralın 6-sı baş verən zəlzələdən zərərçəkənlərə bağışlayacaq.