“Crocus City Hall”da yaralananların sayı artdı

crocus-city-hallda-yaralananlarin-sayi-artdi
Oxunma sayı: 1280

Moskvada “Crocus City Hall”da törədilən terror aktı zamanı yaralananların sayı 382 nəfərə çatıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, onların əksəriyyətinə ambulator yardım edilib.

Bundan əvvəl, yaralı sayı 360 nəfər təşkil edirdi. Bildirilir ki, yaralı sayının artması insanların həmin gecə hadisə yerini şok halda tərk etməsi və dərhal həkimə müraciət etməməsi ilə əlaqəlidir.

Xatırladaq ki, martın 22-si baş verən terror aktı zamanı 143 nəfər həlak olub.