Dağıstandakı insidentlə bağlı 60 nəfər saxlanıldı

dagistandaki-insidentle-bagli-60-nefer-saxlanildi
Oxunma sayı: 1661

Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqala hava limanında baş verən iğtişaşlarda iştirak edən 150-dən çox şəxsin kimliyini müəyyən edib.

“Qafqazinfo” “RBK”ya istinadən xəbər verir ki, onlardan 60 nəfər artıq saxlanılıb.

Aksiya zamanı 20-dən çox insan yaralanıb. Onlardan 9-u polisdir. 

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov etiraz aksiyasından sonra cinayət işinin başlanıldığını qeyd edib.

Xatırladaq ki, oktyabrın 29-u yüzlərlə insan hava limanı ərazisində etiraz aksiyasına toplaşıb. Buna səbəb İsraildən gələn təyyarə olub. Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər. Etirazçılar kütləvi şəkildə aeroportun binasına daxil olublar. İnsidentlə bağlı hava limanı bağlanıb. Aeroportun oktyabrın 31-i fəaliyyətini bərpa edəcəyi planlaşdırılır.