Daha 3 vəkilin fəaliyyəti tamamilə dayandırıla bilər

daha-3-vekilin-fealiyyeti-tamamile-dayandirila-biler
Oxunma sayı: 2780

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib.

1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 3 vəkilə isə töhmət verilib.