Daha 5 güləşçimiz mübarizəyə başlayır

daha-5-gulescimiz-mubarizeye-baslayir
Oxunma sayı: 1692

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Azərbaycanın daha 5 sərbəst güləşçisi mübarizəyə qoşulur.

“Qafqazinfo” xəbər verir ki, onlardan Nürəddin Novruzov və Arseni Cioyev təsnifat mərhələsindən yarışa başlayacaqlar.

Digər dörd güləşçi 1/8 finaldan etibarən çıxış edəcək.

Nürəddin Novruzov (61 kq) – Vladimir Yeqorov (Şimali Makedoniya)

Turan Bayramov (74 kq) – Zəlimxan Hacıyev (Fransa)

Arseni Cioyev (86 kq) – Mettyu Finesilver (İsrail)

Osman Nurmaqomedov (92 kq) – Maqomed Kurbanov (AİN)

Georgi Meşvildişvili (125 kq) – Lyova Gevorqyan (Ermənistan)

Bu gün, həmçinin Azərbaycan idmançılarından 3-ü mükafat uğrunda yarışacaq. Maqomedxan Maqomedov (97 kq) Avropa çempionluğu, İslam Bazarqanov (57) və Əli Rəhimzadə (65 kq) isə 3-cü yer üçün döşək üzərinə çıxacaqlar.

Onlar müvafiq olaraq Givi Matçaraşvili (Gürcüstan), Kamil Kərimov (Ukrayna) və təsəlliverici görüşün qalibi ilə üz-üzə gələcəklər.