Daha 94 nəfər Zabuxa yola salındı - Fotolar

daha-94-nefer-zabuxa-yola-salindi
Oxunma sayı: 2849

Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Bu barədə “Qafqazinfo”ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib.

Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı noyabrın 16-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 94 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Zabux kəndində 46 ailənin, yəni 188 nəfərin daimi məskunlaşması təmin edilib.